Zaxarova: “Azərbaycan səfirliyinin mühafizə əməkdaşı şir kimi vuruşdu” YENİLƏNİB + VİDEO

SİYASƏT

27 Yanvar 2023 14:06

Oxunma sayi: 648
Zaxarova:  “Azərbaycan səfirliyinin mühafizə əməkdaşı şir kimi vuruşdu”   YENİLƏNİB + VİDEO

“Azərbaycan səfirliyinin mühafizə əməkdaşı şir kimi vuruşdu”.

Bu sözləri Rusiya XİN-in sözçüsü Mariya Zaxarova özünün sosial şəbəkə hesabında Azərbaycanın Tehrandakı səfirliyinə hücumun görüntüləri ilə bağlı yazıb. 

***********

“Azərbaycan səfirliyinə təhlükəsizlik əməkdaşının həlak olması ilə nəticələnən növbəti hücum xəbəri bizi sarsıtdı”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı sosial şəbəkə hesabında yazıb.

O, azərbaycanlı həmkarlarına başsağlığı verib və dəstək ifadə edib.

“Bu barədə daha sonra ətraflı şərh verəcəyik”, - deyə M.Zaxarova “Telegram” kanalında bildirib. 

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!