Zelenski Baydenə Ukrayna infrastrukturunun yarısının məhv edilməsi barədə danışıb

SİYASƏT

12 Dekabr 2022 11:25

Oxunma sayi: 392
Zelenski Baydenə Ukrayna infrastrukturunun yarısının məhv edilməsi barədə danışıb

Azmedia.Az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydenlə söhbətində deyib ki, Rusiyanın raket zərbələri Ukrayna infrastrukturunun 50%-ni məhv edib.

Ukrayna dövlət başçısının rəsmi internet portalında bildirilir ki, Zelenski Baydenə Rusiya ordusunun raket zərbələrinin nəticələrindən danışıb, onun sözlərinə görə Ukraynanın enerji infrastrukturunun təxminən 50%-i sıradan çıxıb.

Hələ də fəaliyyət göstərən enerji obyektlərini qorumaq üçün Ukrayna lideri amerikalı həmkarını ölkənin hava hücumundan müdafiəsini gücləndirmək üçün mümkün olan hər şeyi etməyə çağırıb.

“Bu, Ukraynada qış dövrü başlayanda xüsusilə vacibdir”, - deyə Zelenski öz fikirlərini bölüşüb.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!