Zelenski Baydeni Kiyevin “tam qələbəsi”nin mümkünlüyünə inandırmağa çalışıb

SİYASƏT

23 Dekabr 2022 20:16

Oxunma sayi: 13
Zelenski Baydeni Kiyevin “tam qələbəsi”nin mümkünlüyünə inandırmağa çalışıb

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfəri zamanı Amerika lideri Co Bayden və Amerika siyasi elitasının digər üzvləri ilə bir sıra görüşlər keçirib.

Bu görüşlərdə o, ABŞ siyasətçilərini Ukraynanın Rusiya üzərində “tam qələbəsi”nin mümkünlüyünə inandırmağa çalışıb.

Bu barədə The Washington Post yazır. Nəşrin müəllifinin sözlərinə görə, Zelenski bu görüşlərdən siyasətçiləri Ukraynanın Rusiyanı məğlub edə biləcəyinə inandırmaq üçün istifadə edib.

Lakin ABŞ rəsmiləri özəl olaraq bunun çox çətin olduğunu deyirlər.

Xatırladaq ki, Zelenski ABŞ Konqresində çıxış edərək yenidən Vaşinqtondan Ukraynaya əlavə hərbi və maliyyə yardımı istəyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!