Zelenski bütün ərazilərin qaytarılmasını və Rusiya ilə danışıqlarda itkilərin ödənilməsini TƏLƏB EDİB

SİYASƏT

08 Noyabr 2022 13:30

Oxunma sayi: 440
Zelenski bütün ərazilərin qaytarılmasını və Rusiya ilə danışıqlarda itkilərin ödənilməsini  TƏLƏB EDİB

Azmedia.Az xarici KİV-əs istinadən xəbər verir ki,Ukrayna prezidenti Vladimir Zelenski Qərb mediasında Ukrayna tərəfinin Rusiya ilə dialoqa sövq edilməsi ilə bağlı məlumatların yayılmasından sonra Kiyevin Moskva ilə danışıqlar apara biləcəyi şərti adlandırıb.

“Bir daha: ərazi bütövlüyünün bərpası, BMT Nizamnaməsinə hörmət, müharibənin vurduğu bütün zərərin ödənilməsi, hər bir hərbi cinayətkarın cəzalandırılması və bunun bir daha təkrar olunmayacağına zəmanət” - deyə Ukrayna dövlətinin başçısı növbəti videomüraciətində bildirib.

Bundan əvvəl Zelenski bəyan etmişdi ki, Ukrayna Rusiya Federasiyasının prezidenti olduğu müddətdə Rusiya ilə danışıqlara getməyəcək.

Öz növbəsində Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya Federasiyasının danışıqlara açıq olduğunu, lakin hazırda bunun mümkün olmadığını bildirib.

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!