Zelenski İtaliyada səfərdədir

SİYASƏT

13 May 2023 21:46

Oxunma sayi: 340
Zelenski İtaliyada səfərdədir

Ukrayna Prezidenti VolodimirZelenski İtaliyaya səfər edib. O, rəsmi görüşlər üçün gəldiyiRomada İtaliya Prezidenti SerxioMattarella ilə görüşüb.

Azmedia.Az xarici KİV-ə istinadən xəbər verir ki, Mattarella Zelenskini Quirinale adlanan prezident sarayında rəsmi mərasimlə qarşılayıb.

İtaliya Prezidentliyinin mənbələrindən əldə edilən məlumata görə, Mattarella Zelenskiyə tam dəstəyini təkrarlayıb, Zelenski isə Ukraynaya verdiyi dəstəyə görə İtaliyaya təşəkkür edib.

Qeyd edək ki, Zelenski 24 fevral 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra ilk dəfədir, İtaliyaya səfər edir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!