Zelenski Lvova səfər edib

SİYASƏT

11 Yanvar 2023 16:21

Oxunma sayi: 189
Zelenski Lvova səfər edib

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Lvova səfər edib.

Azmedia.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski özü məlumat verib və müvafiq video yayımlayıb.

Zelenskinin Lvova səfəri müharibədə həlak olan Ukrayna əsgərlərinin xatirəsinin yad edilməsi ilə başlayıb.

“Azadlığımız və dövlətimizin müstəqilliyi uğrunda canlarından keçənlərin hamısına eşq olsun! Yaşasın Ukrayna!” – Zelenski yayımladığı videoda deyib.

Həmçinin Lvov vilayətinin hərbi administrasiyasının rəhbəri Maksim Kozitski Zelenskinin səfərinin fotosunu paylaşıb. Kozitski qeyd edib ki, Zelenski Lvov vilayətinə səfərə gəlib və ilk növbədə işğalçılar tərəfindən öldürülən əsgərlərin xatirəsini ehtiramla yad edib.

Ukrayna Prezidenti ölkədə müharibə başlayandan indiyə qədər mütəmadi olaraq işğaldan azad olunan şəhərlərə səfərlər edir və bu səfərlər çərçivəsində İrpen, Buça, İzyum, Xerson, Baxmut şəhərlərində olub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!