Zelenski mayın 9 nu Qələbə Günü deyil, Avropa Günü kimi qeyd etməyi təklif edib

SİYASƏT

08 May 2023 13:12

Oxunma sayi: 536
Zelenski mayın 9   nu Qələbə Günü deyil, Avropa Günü kimi qeyd etməyi təklif edib

Ukrayna prezidenti Vladimir Zelenski 9 Mayın Avropa Günü kimi təsis edilməsini təklif edən qanun layihəsi təqdim edib.

Zelenskinin müvafiq bəyanatı öz saytında dərc olunub.

O, bəyan edib ki, bu gün "80 il əvvəl olduğu kimi, Ukrayna gələcək üçün - həm özünün, həm də bütün Avropanın ümumi şəri ilə mübarizə aparır".

“Bütün azad Avropa ilə birlikdə 9 Mayda Avropa Gününü Ukraynada qeyd edəcəyik. Ukraynanın həmişə bir parçası olduğu Avropamız var və olacaq”, - deyə Zelenski vurğulayıb.

2017-ci ildən etibarən 9 May həm də Moldovada Avropa Günü kimi qeyd olunur. 

Ukraynanın ardınca keçmiş SSRİ ölkələrinin hakimiyyət orqanları Qələbə Günü və onun simvollarına münasibətini dəyişib.

Belə ki, Moldova, Latviya, Litva və Gürcüstanda Georgi lenti qanuni olaraq qadağandır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!