Zelenski nə qədər ukraynalı itirməyə hazır olduğu sualından yayınıb

SİYASƏT

15 Dekabr 2022 20:44

Oxunma sayi: 791
Zelenski nə qədər ukraynalı itirməyə hazır olduğu sualından yayınıb

Ukrayna prezidenti Vladimir Zelenski “The Economist”ə müsahibəsi zamanı ölkə vətəndaşlarının nə qədər itkisinə hazır olduğu sualına cavab verməkdən yayınıb.

Jurnalistlərin müvafiq sualına cavab olaraq o, Ukrayna hakimiyyətinin Rusiyanın xüsusi əməliyyatına başladıqdan sonra “bizim olan hər şeyi götürün, biz də Polşaya gedək?” deməli idimi ilə bağlı əks sual verib.
Bundan əlavə, Zelenski münaqişənin “dondurulmasına” qarşı çıxıb və müttəfiqlərə dəstəyə görə təşəkkür edib.

Xatırladaq ki, noyabrın sonunda Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen 100 min ölü Ukrayna əsgərindən bəhs edən bəyanat yayıb. Bu bənd sonradan mətndən çıxarılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!