Zelenski: “Putin iki ilə yaxın idi ki, mənimlə telefonla danışmaqdan belə çəkinirdi“

SİYASƏT

30 May 2023 17:30

Oxunma sayi: 580
Zelenski:  “Putin iki ilə yaxın idi ki, mənimlə telefonla danışmaqdan belə çəkinirdi“

Ukrayna prezidenti Vladimir Zelenski Cənubi Koreyanın “Çosun İlbo” qəzetinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinin iki ildir onunla danışmaq istəmədiyini bildirib.

Səbəblər arasında Ukrayna dövlətinin başçısı siyasi fikir ayrılıqlarını da qeyd edib.

"O, demək olar ki, iki ilə yaxın mənimlə telefonla danışmaqdan belə çəkinirdi", - deyə Ukrayna lideri bildirib. 

Ukrayna prezidenti qeyd edib ki, o, Rusiya Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyat zonasından çıxarılmasından sonra rusiyalı həmkarı ilə dialoqu bərpa edə bilər.

2022-ci ilin oktyabrında Ukrayna prezidenti Vladimir Zelenski qanunvericilik səviyyəsində Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Vladimir Putinlə danışıqlardan imtina edib.

Eyni zamanda, Moskva dəfələrlə dialoqa hazır olduğunu bildirib.

mənbə:MK.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!