Zelenski Rusiya pasportu olan şəxsləri Ukrayna vətəndaşlığından məhrum etməyə çağırıb

SİYASƏT

12 Yanvar 2023 09:00

Oxunma sayi: 241
Zelenski Rusiya pasportu olan şəxsləri Ukrayna vətəndaşlığından məhrum etməyə çağırıb

Zelenski Rusiya pasportu olan şəxsləri Ukrayna vətəndaşlığından məhrum etməyə çağırıb.

“Rusiya pasportu olan ukraynalılar vətəndaşlıqdan məhrum edilməlidir”, - deyə Vladimir Zelenski Lvovda keçirilən brifinqdə bildirib. Videonu prezident aparatı Telegram kanalında dərc edilib.

Siyasətçinin fikrincə, Ukraynaya “mənəvi və ya siyasi təsiri” olan Rusiya da daxil olmaqla ikili vətəndaşlığı olan bütün insanlar “mütləq yalnız bir rus vətəndaşlığı ilə qalmalı və müvafiq dövlətdə yaşamalıdırlar”.

Kreml ukraynalı siyasətçi Viktor Medvedçukun Rusiya vətəndaşlığı olması ilə bağlı məlumatı şərh etməyib.

Yanvarın 10-da Zelenski müxalif siyasətçi Viktor Medvedçukun və daha üç deputatın - Taras Kozak, Renat Kuzmin və Andrey Derkaçın Ukrayna vətəndaşlığını ləğv edib.

Əliyeva Ülkər

Mənbə: РИА Новости

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!