Zelenski Rusiyadakı hərbi qiyam barədə: “Şəri seçən hər kəs sonda özünü məhv edir”

SİYASƏT

24 İyun 2023 15:23

Oxunma sayi: 628
Zelenski Rusiyadakı hərbi qiyam barədə: “Şəri seçən hər kəs sonda özünü məhv edir”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada baş verən hərbi qiyama münasibət bildirib.

O qeyd edib ki, şərin yolunu seçən hər kəs sonda özünü məhv edər.

“İnsanları alçaldır və yüzminlərlə insanı özünün silahlandırdığı şəxslərin üzərinə göndərir ki, Moskvada təhlükəsizliyi qorusun. Rusiya çoxdan idi ki, öz zəifliyini və hakimiyyətinin axmaqlığını təbliğatla ört-basdır edirdi. 

İndi isə artıq o qədər xaos var ki, heç bir yalan onu gizlədə bilməz. Rusiyanın zəifliyi göz qabağındadır. Rusiya öz qoşunlarını və muzdlularını torpaqlarımızda nə qədər uzun müddət saxlasa, sonradan bir o qədər çox xaos, ağrı və problemə düçar olacaq”, - Volodimir Zelenski özünün “Twitter” hesabında yazıb. 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!