Zelenski Ukraynanın xüsusi nümayəndəsini istefaya göndərdi

SİYASƏT

27 Dekabr 2022 16:43

Oxunma sayi: 416
Zelenski Ukraynanın xüsusi nümayəndəsini istefaya göndərdi

Ukrayna prezidenti Vladimir Zelenski öz fərmanı ilə ölkənin Dnestryanı ətrafındakı vəziyyətin nizamlanması üzrə xüsusi nümayəndəsi Yuri Klimenkonu vəzifəsindən azad edib.

Bu barədə TASS məlumat yayıb. Qeyd olunur ki, bu qərar Klimenkonun Ukraynanın Argentinadakı səfiri vəzifəsinə keçməsi ilə əlaqədar verilib.

Diplomat son 11 ayda Ukraynanın Dnestryanı üzrə xüsusi nümayəndəsi vəzifəsini tutub. Bundan əvvəl, 2013-cü ildən 2021-ci ilə qədər o, Ukraynanın BMT Bürosu və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsində çalışıb.

Qeyd olunur ki, Klimenkonu vəzifəsindən azad edən Zelenski Ukraynanın Dnestryanı üzrə yeni xüsusi nümayəndəsi təyin etməyib.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!