Zelinski: “Hərbi əməliyyatlara son qoymağın vaxtı çatıb“

SİYASƏT

15 Noyabr 2022 14:43

Oxunma sayi: 556
Zelinski: “Hərbi əməliyyatlara son qoymağın vaxtı çatıb“

Azmedia.Az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski G20 sammitinin iştirakçılarına videobağlantı vasitəsilə danışarkən deyib ki, onun fikrincə, hərbi əməliyyatları dayandırmağın vaxtı çatıb.

Lakin Kiyev Minsk razılaşmasına oxşar saziş imzalamaqla onların tamamlanmasını təmin etmək istəmir.

Zelenskinin sözlərinə görə, Kiyevin 10 bənddən ibarət öz “sülh planı” və “Kiyev Təhlükəsizlik Müqaviləsi” ideyası var.

“Mən əminəm ki, indi döyüş əməliyyatlarının dayandırılmalı və dayandırıla biləcəyi vaxtdır”, - deyə Zelenski bildirib.

Ukrayna prezidenti həmçinin bildirib ki, Ukrayna Minsk-3-ə oxşar sazişlərin imzalanmasına razı olmayacaq, Kiyev özü müvafiq sənədin layihəsini hazırlayıb.

Zelenskinin sözlərinə görə, “Kiyev Beynəlxalq Təhlükəsizlik Konfransı”nın keçirilməsi zəruridir. Ukrayna dövlətinin başçısı bildirib ki, Kiyev belə bir konfransı keçirməyə hazırdır və onu istənilən vaxt, hətta bu il də keçirə bilər.

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!