“Zəngəzur dəhlizi bu tarixdə açılacaq...” — VİDEO

SİYASƏT

16 Dekabr 2022 00:17

Oxunma sayi: 591
“Zəngəzur dəhlizi bu tarixdə açılacaq...” —  VİDEO

“Cənab Prezident, Türkiyənin dövlət başçısı, o cümlədən Türkmənistanın Prezidenti birgə görüş keçirdilər. Bir sıra məsələləri həll etdilər. Və orada cənab Prezident Zəngəzur dəhlizi ilə əlaqədar çox açıq mesajlar verdi”.     

Azmedia.Az xəbər verir ki, bu sözləri "Tv Müsavat"ın efirində, Sevinc Telmanqızının aparıcılığı ilə yayımlanan "Canlı Debat" verilişində Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Millət vəkili dövlət başçısının konkret məqamlara toxunduğu qeyd edib:

"Hətta qeyd etdi ki, avtomobil yolu ilə əlaqədar 70 faiz, dəmiryolu ilə bağlı 40 faiz məsələ öz həllini tapıb. İşlər görülüb və bu dəhlliz 2024-cü ildə açılacaq. Yəni, bunun heç bir problemi yoxdur. ermənistan istəsə də, itəməsə də bu məsələ öz həllini tapacaq".     

"Dünən Ermənistanın sabiq Baş Qərargah rəisi Movses Akopyanın Ermənistan mətbuatında çıxışına baxdım. O, dedi ki, "Qarabağ Azərbaycandır!". Bu məsələ artıq həll olunub. Bu məsələni artıq qurtarmaq lazımdır. Biz nə qədər də çalışsaq da, heç nəyə nail ola bilməyəcəyik. Onlar da artıq başa düşürlər ki, bu məsələ faktiki olaraq heç bir nəticə verməyəcək" - V.Əhmədov vurğulayıb.//demokrat

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!