“Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur” Mirzoyan

SİYASƏT

14 İyun 2023 22:34

Oxunma sayi: 430
“Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur”   Mirzoyan

“Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur”.

Azmedia.Az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlaması zamanı deyib.

O, kommunikasiyaların açılmasında maraqlı olduğunu bildirib.

Ermənistan XİN başçısı vurğulayıb ki, kommunikasiyaların açılmasına dair danışıqlarda Azərbaycanla müəyyən irəliləyiş var, lakin yekun nəticələr barədə danışmaq hələ tezdir.

Mirzoyan deyib ki, Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur.

“Kommunikasiyalar bərabərlik və qarşılıqlılıq prinsipi əsasında açılmalıdır", - deyə Mirzoyan əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!