1,5 milyona yaxın sosial media postu silinib

İKT

01 İyun 2023 06:14

Oxunma sayi: 607
1,5 milyona yaxın sosial media postu silinib

Çinin kiberməkan tənzimləyicisi dezinformasiyaya qarşı mübarizə üçün iki aylıq əməliyyatdan sonra 1,5 milyona yaxın sosial media postunun silindiyini bildirib.

Azmedia.Az  xəbər verir ki, bu il martın 10-dan mayın 22-dək daha geniş kampaniya çərçivəsində 67 min sosial media hesabı bağlanıb. Bağlanan  hesablardan təxminən 8 mini "saxta xəbərlər, şayiələr və zərərli məlumatlar yaydığı" üçün silinib.

Bildirilir ki, 2021-ci ildən bəri Çin hökuməti kiberməkanı "təmizləmək" və səlahiyyətlilərin nəzarətini asanlaşdırmaq üçün milyardlarla sosial media hesabını hədəfə alıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!