160 döyüşçünü mühasirədən çıxardı, özü şəhid oldu Baş leytenant Röyalın şərəfli döyüş yolu

SİYASƏT

04 Yanvar 2021 14:06

Oxunma sayi: 793
160 döyüşçünü mühasirədən çıxardı, özü şəhid oldu   Baş leytenant Röyalın şərəfli döyüş yolu

Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizdən biri də baş leytenant Röyal Xasıyev olub.

 

Azmedia.Az-ın məlumatına görə, Röyal Xasıyev 1993-cü il, aprelin 19-da Şəkinin İkinci Biləcik kəndində anadan olub.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Artilleriya komandiri müharibə başlayan ilk günlərdən döyüşlərə qatılıb. Onunla çiyin-çiyinə olmasa da, eyni cəbhədə döyüşən qardaşı Təmraz Xasıyev deyir ki, qardaşı son döyüşündə ayağından yaralanıb. Onu hospitala göndərmək istəsələr də, razı olmayıb.

Röyal Xasıyev 160 döyüşçü yoldaşını qəhrəmancasına mühasirədən çıxarıb. Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Anası deyir ki, oğlu hərb sənətini torpaqlarımızın azadlığı üçün seçmişdi. İstəyinə də nail oldu.

Şəhidimiz ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Azmedia.Az xezerxeber.az-a istinadla mövzu ilə bağli videomateriali təqdim edir:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!