17 yaşlı yeniyetmə atasının maşınını aşırdı, dostu öldü

ÖLKƏ

27 Mart 2024 10:05

Oxunma sayi: 158
17 yaşlı yeniyetmə atasının maşınını aşırdı,  dostu öldü

Şəmkirdə 17 yaşlı yeniyetmə atasının maşınını aşırıb.

AzmeduA.az Trend-ə istinadən xəbər verir ki, hadisə Yeni həyat kəndində qeydə alınıb.

2007-ci il təvəllüdlü Ayxan Amasov sürücülük hüququ olmadan atasına məxsus "VAZ 21 012"markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Qəzada Ayxan Amasov, sərnişinlər - 2009-cu il təvəllüdlü Turxan Alıyev və 1998-ci il təvəllüdlü Orxan Alıyev xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Orxan Alıyev orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!