18 milyonluq təklif rədd edildi! “Qalatasaray“ Barış Alperi rekord qiymətə satacaq...- QİYMƏT

İDMAN

17 Aprel 2024 11:17

Oxunma sayi: 149
18 milyonluq təklif rədd edildi! “Qalatasaray“ Barış Alperi rekord qiymətə satacaq...-  QİYMƏT

"Qalatasaray"ın ulduzu Barış Alper Yılmaz çıxışı ilə Avropa nəhənglərinin "radar"ına düşüb. Talibləri günü-gündən artan Barış Alper üçün İngiltərənin "Aston Villa" klubu 18 milyon avroluq təklif göndərib.

Azmedia.Az xarici mətbuata istinadən xəbər verir ki, "CimBom" rəhbərliyi 2024-cü il Avropa çempionatından sonra gənc ulduzun satışından ən az 25 milyon avro qazanmağı hədəfləyir.

"Qalatasaray" rəhbərliyi son matçlarda performansını yaxşılaşdıran Barış Alper Yılmaz üçün İngiltərə nəhənginin təklifini müzakirə edib. "Aston Villa" menecerləri vasitəsilə Barış Alper Yılmaza təxminən 18 milyon avro təklif edib. Klub isə oyunçu qarşılığında 25 milyon avro istədiklərini bildirib.

Bu mövsüm "Qalatasaray"ın heyətində 49 rəsmi oyuna çıxan Barış Alper Yılmaz bu matçlarda 6 qol və 9 məhsuldar ötürmə ilə hesaba töhfə verib.//baku.ws

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!