21 saylı Nəsimi birinci seçki dairəsinin seçki məntəqələrində yüksək fəallıq müşahidə olunur

SİYASƏT

23 Dekabr 2019 09:49

Oxunma sayi: 429
21 saylı Nəsimi birinci seçki dairəsinin seçki məntəqələrində yüksək fəallıq müşahidə olunur

Dekabrın 23-də saat 8:00-dan etibarən 21 saylı Nəsimi I seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada başlayıb.

 

Azmedia.az Trend-ə istinadən bildirir ki, seçicilər səhər saatlarından məntəqələrə üz tutur, istədikləri namizədlərə səs verirlər.

 

21 saylı Nəsimi I seçki dairəsi dairə seçki komissiyasının sədri Çingiz Dadaşov AZƏRTAC-a bildirib ki, dairə üzrə seçicilərin ümumi sayı 34 min 281 nəfərdir. Dairənin əhatə etdiyi 29 daimi seçki məntəqəsi bütün zəruri avadanlıqla təmin edilib və səsvermədə yüksək fəallıq nümayiş olunur. Seçki məntəqələrinə gələnlər arasında ilk dəfə səs verən gənclər də var.

 

Dairənin əhatə etdiyi bütün seçki məntəqələrində seçicilərin normal səs vermələri üçün hər cür şərait yaradılıb. Seçkilərin şəffaf və demokratik keçməsi üçün dairənin 10 məntəqəsində veb-kamera quraşdırılıb. Bundan başqa, 3 məntəqədə Mərkəzi Seçki Komissiyası tərəfindən əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılıb.

 

21 saylı Nəsimi birinci seçki dairəsində 749 nəfər ilk dəfə səs verəcək.

 

Seçki prosesinin başlanmasından keçən müddətdə heç bir narazılıq və ya şikayət qeydə alınmayıb. Bütün seçicilərə rahat səsvermə şəraiti yaradılıb.

 

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

 

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir.

 

Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

 

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müçahidə edəcək.
Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!