23 yaşı olacaqdı Kənan Məmmədov vətən uğrunda şəhid olmağı seçdi

SİYASƏT

26 Dekabr 2020 14:08

Oxunma sayi: 1443
23 yaşı olacaqdı   Kənan Məmmədov vətən uğrunda şəhid olmağı seçdi

23 yaşı olacaqdı dünən, amma o vətən uğrunda şəhid olmağı seçdi. Bu günü onsuz qeyd edən valideynləri kədərlənsələr də, vətən borcunu yerinə yetirən cəngavər oğulları ilə qürur duyduqlarını deyirlər. Söhbət Suqovuşanın azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Kənan Məmmədovdan gedir.

 

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, ad günü üçün tort hazırlandı, üstündə də qəhrəmanın şəkli var. Bu gün Vətən uğrunda canından keçən şəhidimizin ad günüdür.

Qəhrəmanımız Kənan Məmmədovun dünən 23 yaşı tamam olur. Bu günü ailəsi, onu sevənlər Kənansız qeyd edir. Atası Tofiq Məmmədov deyir ki, Kənan uşaqlıqdan hərbçi olmaq arzusunda idi. Elə hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət edən qulluqçu kimi fəaliyyətini davam etdirib. Vətən müharibəsi başlayandan sonra isə elə ilk gündən döyüşlərə qatılıb. Talış kədi və Suqovuşan istiqamətində şiddətli döyşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.

Bu gün təkcə ailəsi yığışmamışdı, Kənanın ad gününə. Qazi döyüş yoldaşları da validyenlərinə dəstək olmaq üçün Cəlilabadın Məmmədrzalı kəndinə gəlmişdilər.

Qəhrəman döyüşçümüz ''vətən uğrunda'' və ''cəsur döyüşçü'' medalları ilə təltif olunub.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!