3 martda keçirilən buraxılış imtahanının nəticələri... - Abituriyentlərin NƏZƏRİNƏ!

ÖLKƏ

19 Mart 2024 12:07

Oxunma sayi: 636
3 martda keçirilən buraxılış imtahanının nəticələri... -  Abituriyentlərin NƏZƏRİNƏ!

Xəbər verdiyimiz kimi, DİM martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Bəs imtahan cavabları nə vaxt elan olunacaq?

Dövlət İmtahan Mərkəzindən Azmedia.Az-a verilən məlumata görə, 3 mart tarixində keçirilən buraxılış imtahanının nəticələri bu həftə açıqlanmayacaq.

Qeyd edək ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələr 4 həftə ərzində elan olunur. DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına isə martın 4-dən etibarən başlanılıb. Beləliklə, cavabların gələn həftə açıqlanacağı ehtimal edilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!