3 martda keçirilmiş buraxılış imtahanlarının nəticələrinin elan olunacağı VAXT AÇIQLANDI - RƏSMİ

ÖLKƏ

01 Aprel 2024 11:17

Oxunma sayi: 868
3 martda keçirilmiş buraxılış imtahanlarının nəticələrinin elan olunacağı  VAXT AÇIQLANDI - RƏSMİ

Xəbər verdiyimiz kimi, DİM martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Bəs imtahan cavabları nə vaxt elan olunacaq?

Azmedia.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən sfera.az-a verilən məlumata görə, 3 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinin bu həftə ərzində elan olunması nəzərdə tutulur.

Bildirilib ki, imtahan nəticələri hazır olan kimi elan olunur, dəqiq vaxt demək mümkün deyil.

Qeyd edək ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələr 4 həftə ərzində elan olunur. DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına isə martın 4-dən etibarən başlanılıb. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!