30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni şeyi etməyə davam edir Türkiyə MN

SİYASƏT

18 Oktyabr 2020 11:15

Oxunma sayi: 622
30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni şeyi etməyə davam edir   Türkiyə MN

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın Azərbaycanın Gəncə şəhərinə raket hücumu ilə bağlı bəyanat verib.

 

Azmedia.Az Trend-ə istinadən bildirir ki, Nazirliyin bəyanatı rəsmi Twitter səhifəsində yerləşdirilib.

 

Bəyanatda deyilir: "Bəlkə, bu şəkli ilk dəfə görürsünüz, amma Azərbaycanlılar 30 ildir eyni şəkillə yaşayır. 30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni şeyi etməyə davam edir. Bütün bunları görüb susa bilən insan varsa, sussun. Biz susmayacağıq!".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!