300 bal toplayan şagird əsas hədəfini AÇIQLADI

ÖLKƏ

02 Aprel 2024 20:47

Oxunma sayi: 592
300 bal toplayan şagird əsas hədəfini  AÇIQLADI

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

İmtahan iştirakçıları arasında 300 bal toplamaqla ən yüksək nəticə göstərən abituriyentlərdən biri də Bakı şəhəri 299 nömrəli tam orta məktəbin şagirdi Nərmin Ağazadədir.

Azmedia.Az xəbər verir ki, təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Nərmin Ağazadə 4-cü ixtisas qrupuna hazırlaşır.

“9-cu sinifdə buraxılış imtahanına hazırlaşdım. Yenidən 11-ci sinifdə imtahana hazırlaşmağa başladım. Hələ ki ixtisasımı seçməmişəm, qəbul imtahanından sonra qərar verəcəyəm. Hədəfim 700 bal toplamaqdır”, - deyə Nərmin Ağazadə qeyd edib.

Xatırladaq ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!