40 minə yaxın abituriyet universitetə qəbul ola bilməyəcək: Hansı qruplar üçün daha ağır olacaq? VACİB PROQNOZ

ÖLKƏ

18 Mart 2024 23:40

Oxunma sayi: 189
40 minə yaxın abituriyet universitetə qəbul ola bilməyəcək: Hansı qruplar üçün daha ağır olacaq?  VACİB PROQNOZ

Bu il ali məktəblərə qəbul zamanı balların daha yüksək olacağı ilə bağlı fikirlər səslənir. Bəs görəsən, vəziyyət necədir? Qruplar üzrə abituriyentlərin ali məktəblərə qəbul olmaq şansı nə qədərdir?

Azmedia.Az xəbər verir ki, məsələ ilə bağlı sonxeber.az-a təhsil eksperti Elçin Əfəndi danışıb.

O, bildirib ki, qəbul zamanı I və II ixtisas qrupunda abituriyentlərin şansı daha yüksəkdir:

"Bu il üçün DİM tərəfindən qəbul birinci mərhələsi cari ilin məzunları üçün artıq keçirilib. Buraxılış imtahanları aprelin 14 əvvəlki ilin məzunları üçün də imtahan keçiriləcək. Ondan sonra isə blok imtahan mərhələdi gəlir. Hazırda ali təhsil mərkəzlərinə qeydiyyatdan keçəınlərin sayı ötən illərlə müqayisədə daha çoxdur. Universitetlərə qəbul olmaq istəyən 110 mindən çox abituriyent ərizəsini təsdiqləyib.

Aprel 16-dan, may 6-a qədər abituriyentlərin ixtisas qrupları seçmə prosesi başlayacaq. Həmin dövrdə hansı ixtisas qrupunda rəqabətin daha güclü olacağı dəqiq bilinəcək. Əvvəli illərə nəzərən onu demək olar ki, bu il üçün I ixtisas qrupuna daha çox qeydiyyat olacaq. Ardınca III və II daha sonra isə V və IV ixtisas qruplar".

Ekspert bu il ümumi plan yerlərinin 60 minə yaxın olması nəzərdə tutulduğunu bildirib:

"I və II ixtisas qrupunda abituriyentlərin şansı daha yüksəkdir. Hər il bu ixtisas qrupuna qəbul olanların faizi daha çox olur. Bu iki ixtisas qrupu üzrə qəbul olmaq digərlərinə nisbətən daha asand olacaq. Eyni zamanda I və III qruplar üzrə rəqabət daha çox olacaq. Abituriyentlər daha diqqətli olmalıdırlar. Blok imtahanlarında daha uğurlu nəticə əldə etməlidirlər ki, istədikləri ixtisaslara qəbul ola bilsinlər. Bu il ümumi plan yerlərinin 60 minə yaxın olması nəzərdə tutulub. Bu plan yerlərindən daha çoxu ardıcıl olaraq I, III, II IV və V qrup olmaqla sıralanacaq".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!