44 günün qəhrəmanları Şamaxıya qayıdıb VİDEO

SİYASƏT

30 Dekabr 2020 14:38

Oxunma sayi: 806
44 günün qəhrəmanları Şamaxıya qayıdıb   VİDEO

Zəfər yolunda könüllü cəbhəyə gedən saysız hesabsız cəsur oğullarımız xüsusi şücaətləri ilə seçildilər. Vətən dardadır deyib yola düşən qəhrəmanlarımız indi geri, ailələrinin yanına qayıdırlar. 

 

Ölkə başçısının müvafiq əmrinə əsasən ordudan tərxis olunun əsgərlərimiz geri dönür. Onların sırasında Şamaxıdan olan cəsur oğullarımız da var.

Şamaxı sakinləri öz qəhrəmanlarını böyük coşqu və qürur hissi ilə qarşılayıblar. Ordudan tərxis olunan əsgərlərimiz ilk olaraq Şəhidlər xiyabanını ziyarət ediblər. Dualar oxunub, məzarlar üzərinə gül dəstələri düzülüb. 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!