8 müxalifətçi deputat Milli Məclisdə vəzifəyə təyinat aldı SİYAHI

SİYASƏT

10 Mart 2020 16:50

Oxunma sayi: 837
8 müxalifətçi deputat Milli Məclisdə vəzifəyə təyinat aldı   SİYAHI

Müasir Azərbaycan tarixində müxalifət partiyalarının altıncı çağırış Milli Məclisdəki kimi rəhbər strukturlarda təmsil olunduğuna rast gəlinməyib. Hətta Azərbaycanın müstəqilliyinin ilk illərində belə, bu qədər müxalifətçi parlament rəhbər strukturlarında təmsil olunmayıb.

 

Azmedia.az “Ölkə.Az”a istinadla  xəbər verir ki,  yeni tərkibdə formalaşan Milli Məclisin bu gün keçirilən ilk iclasında təşkilatı məsələlərə baxılıb və  parlamentin sədri, müavinləri, komitə sədrləri, onların müavinləri seçilib.

 

Seçkilər zamanı parlamentdə təmsil olunan  əksər müxaliftəçilər  rəhbər strukturları seçiliblər. Beləliklə Vətəndaş Həmrəyliyi Partiyasından seçilən deputat Fəzail İbrahimli -Milli Məclis sədrinin müavini, BAXCP sədri Qüdrət Həsənquliyev -Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini,  Vəhdət Partiyasının sədri Tahir Kərimli -İnsan hüquqları komitəsinin sədr müavini, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə -Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini,  Əli Məsimli -İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev - Aqrar siyasət komitəsinin sədr müavini,  Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev -Reqional məsələlər komitəsinin  sədr müavini, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə Mədəniyyət komitəsinin sədr müavini seçilib.

 

Milli Məclisdə vəzifəsiz qalan partiya liderləri- “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalıdır.

 

 Razi Nurullayev parlamentə partiyasız, müstəqil şəxs  kimi seçilib və partiyalılığı göstərilməyib.

 

VHP lideri Sabir Rüstəmxanlıya gəldikdə isə artıq onun partiyasının təmsilçisi parlamentdə müxalifətçilər arasında ən yüksək postda-vitse-spiker postunda əyləşib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!