Abdullah Gül 3 il sonra açıqladı: “Bu sistemi bəyənmirəm”

SİYASƏT

18 Fevral 2020 13:14

Oxunma sayi: 995
Abdullah Gül 3 il sonra açıqladı:     “Bu sistemi bəyənmirəm”

Türkiyənin eks-prezidenti Abdullah Gül 2017-ci ildə referendum vasitəsilə qəbul edilən prezident idarəetmə sistemi barədə 3 il sonra sensasion açıqlama verib.

 

Azmedia.az  teleqraf.com-a istinadən  xəbər verir ki, Abdullah Gül bu sistemi istəmədiyini deyib.

 

Onun sözlərinə görə, seçimi tam demokratik parlament quruluşudur:

 

“Prezident olarkən də parlament üsul-idarəsinin Türkiyə üçün daha doğru olduğunu, hətta səlahiyyətlərimin azaldılmasının belə demokratik nizam üçün daha uyğun olacağını tez-tez bəyan etmişəm. İndiyə qədər türk tipli parlament sistemi ilə idarə edildik. Mühafizə sistemi, kölgə kabinetləri var idi. Bunlar Türkiyənin başına nələr gətirdi. Bundan sonra türk tipli prezidentlik üsul-idarəsi olmamalıdır. O zaman bu barədə danışıb, mövqeyimi ortaya qoymuşdum”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!