Abdullahian Bayramovu İrana dəvət etdi

SİYASƏT

28 Aprel 2022 15:59

Oxunma sayi: 400
Abdullahian Bayramovu İrana dəvət etdi

Xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə fikir mübadiləsi aparıblar.

İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıq, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi təqdir olunub.

İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və əldə olunan razılıqların icrası məmnunluqla vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər, çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarını İrana səfərə dəvət edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!