ABŞ dan Saakaşvili ilə bağlı Gürcüstana çağırış

SİYASƏT

19 Noyabr 2021 10:45

Oxunma sayi: 231
ABŞ   dan Saakaşvili ilə bağlı Gürcüstana çağırış

ABŞ Dövlət Departamenti Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili ilə bağlı ölkə rəhbərliyinə çağırış edib.

Azmedia.Az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Dövlət Departamenti Gürcüstan hakimiyyətini üçüncü prezidentə ləyaqətlə və ədalətli şəkildə davranmağa və Ombudsmanın tövsiyələrinə əməl etməyə çağırıb.

Bildirilir ki, ABŞ Mixail Saakaşvilinin oktyabrın 1-i həbsindən bu yana ona qarşı münasibəti diqqətlə izləyir.

ABŞ Dövlət Departamenti, həmçinin Gürcüstan hakimiyyətini Saakaşvilinin ədalətli məhkəmə hüququna hörmət etməyə və onun cinayət işi üzrə məhkəmə iclaslarında iştirakını təmin etməyə çağırıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!