ABŞ dan TƏKLİF: Putinin yerinə Zelenski dəvət edilsin

SİYASƏT

26 Aprel 2022 15:11

Oxunma sayi: 394
ABŞ   dan TƏKLİF:  Putinin yerinə Zelenski dəvət edilsin

ABŞ İndoneziyanı Rusiya Prezidenti Vladimir Putini G20 sammitində iştirakdan uzaq tutmağa və əvəzində Ukrayna lideri Vladimir Zelenskini görüşlərə dəvət etməyə inandırmağa çalışır.

Bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən yazıb.

Bildirilir ki, ABŞ G20 sammitinə ev sahibliyi edən İndoneziyaya Zelenskini qonaq kimi dəvət etməsi üçün təzyiqlər göstərir.

Nəşrin məlumatında qeyd olunur ki, əgər Putin və Zelenski tropik Bali adasında keçiriləcək sammitdə iştirak etsə, iclas İndoneziya üçün daha da logistik və diplomatik kabusa çevriləcək.

Ağ Evin nümayəndələri isə bu məlumatı şərh etməkdən imtina ediblər.

Mənbə: Rambler.ru

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!