ABŞ dan Türkiyə ordusuna hücumla bağlı açıqlama

SİYASƏT

28 Fevral 2020 14:12

Oxunma sayi: 894
ABŞ   dan Türkiyə ordusuna hücumla bağlı açıqlama

ABŞ-dan Türkiyə ordusuna hücumla bağlı açıqlama
 

Azmedia.az   oxu.az-a istinadla xəbər verir ki, Ağ Ev "sürətli, qəti və ucuz" həll yolu təklif edir

 

ABŞ Xarici İşlər Nazirliyi Suriyanın İdlib şəhərində Türkiyə silahlı qüvvələrinə edilən hücuma münasibət bildirib.

 

“Hürriyet”in yaydığı xəbərə görə, nazirlik bu barədə yazılı açıqlama hazırlayıb.

 

“NATO müttəfiqimiz Türkiyənin yanındayıq. Bu vəziyyətdə Türkiyəni ən yaxşı formada dəstəkləyə bilmək üçün mümkün variantları dəyərləndiririk”, - deyə açıqlamada bildirilib.

 

ABŞ XİN səlahiyyətliləri Suriya, Rusiya və İran tərəfindən dəstəklənən qüvvələri Türkiyə hərbçilərinə hücuma son qoymağa çağırıb.

 

Qeyd edilir ki, ABŞ İdlibdə baş verən hadisələri dəqiq nəzarətdə saxlamaq üçün Türkiyə rəsmiləri ilə əlaqə saxlayır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!