ABŞ ın cəhdləri uğursuz oldu: Qardaş ölkə çıxış yolunu tapdı

SİYASƏT

18 Dekabr 2020 11:25

Oxunma sayi: 668
ABŞ   ın cəhdləri uğursuz oldu:     Qardaş ölkə çıxış yolunu tapdı

ABŞ-ın Ankaraya qarşı S-400 sistemlərinin almasına görə tətbiq etdiyi sanksiyalar Türkiyənin müdafiə sənayəsinə təsir göstərməyəcək.

Azmedia.Az Oxu24.com-a istinadən bildirir ki, bunu Türkiyənin müdafiə sənayesi idarəsinin rəhbəri İsmayıl Dəmir tvitter hesabında yazıb. 

"Mənə və ya müəssisəmizə qarşı xaricdə qəbul edilmiş hər hansı qərar mənim və ya komandamın mövqeyini dəyişməyəcək. Bu, Türkiyənin müdafiə sənayesinə mane olmayacaq", - deyə Dəmir yazıb.

O, həmçinin Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi müdafiə sənayesinin tam müstəqilliyə nail olmaq üzrə addımlar atdığını da vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!