ABŞ S 400

SİYASƏT

15 Dekabr 2020 00:43

Oxunma sayi: 819
ABŞ S   400

ABŞ Dövlət Departamenti Rusiya istehsalı S-400 komplekslərinin alınmasına görə Türkiyəyə sanksiya tətbiq edildiyini açıqlayıb.

 

Azmedia.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

 

“Türkiyəli məmurlara qarşı S-400 zenit raket komplekslərinin alınmasına görə sanksiyalar əslində Türkiyəyə deyil, Rusiyaya qarşı yönəlib”, - deyə Dövlət Departamentindən bildirilib.

 

Qeyd edək ki, ABŞ Türkiyənin Müdafiə Sənayesi Katibliyi və onun rəhbəri İsmail Demir, həmçinin daha üç türkiyəli məmura S-400 zenit raket komplekslərinin alınmasına görə sanksiya tətbiq edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!