ABŞ səfirindən Azərbaycanla bağlı mühüm mesaj

SİYASƏT

09 İyun 2022 12:24

Oxunma sayi: 475
ABŞ səfirindən Azərbaycanla bağlı mühüm mesaj

“Mənim Azərbaycandakı diplomatik fəaliyyətim başa çatır”.

Məlumata əsasən, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger keçirdiyi mətbuat konfransında deyib. 

Səfir qeyd edib ki, Azərbaycanda səfir kimi fəaliyyət göstərməkdən dərin məmnunluq duyur. Səfirin sözlərinə görə, ABŞ Azərbaycanla insan hüquqları, enerji, iqtisadi, beynəlxalq terrorçuluğa qarşı mübarizə sferasında əməkdaşlıq edir. 

“Dövlət katibi Entoni Blinkenin dediyi kimi, ABŞ Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizəsini və bu sahədə ABŞ-la əməkdaşlığını yüksək qiymətləndirir”, - deyə səfir əlavə edib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!