ABŞ Ukrayna limanlarına çıxış müqabilində Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

SİYASƏT

26 May 2022 16:00

Oxunma sayi: 318
ABŞ Ukrayna limanlarına çıxış müqabilində Rusiyaya qarşı sanksiyaları  ləğv etməyəcək

ABŞ Rusiyanın Ukrayna limanlarına girişin blokdan çıxarılması müqabilində sanksiyaları ləğv etmək təkliflərini rədd edir. Bu barədə çərşənbə günü keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

“Əlbəttə, biz boş vədlərə cavab olaraq sanksiyaları ləğv etməyəcəyik. Rusiya Federasiyasından əvvəllər də boş vədlər eşitmişik. Düşünürəm ki, Rusiyadan eşitdiyimiz müxtəlif vəd və təkliflərə skeptik yanaşmağa əsasımız var”, – deyə Prays qeyd edib.

O, Rusiyanın ərzaq və enerjidən silah kimi istifadə etməyə çalışmasını dəhşətli hal adlandırıb.

“Dünyada xammalın, ərzaq qiymətlərinin artması problemlərinin ən sürətli həll yolu rusiyalıların bu amansız müharibəni sonlandırması, Rusiyanın Ukrayna limanlarının blokadasına son qoyması, taxıl elevatorlarına, taxıldaşıyan gəmilərə hücumların dayandırılmasıdır”, – deyə  Prays əlavə edib.

Mənbə: Ukrainskaya pravda  

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!