AFFA-nın yeni rəhbərliyindən MİLLİ QƏRARLAR - 3 ay müddətinə…

İDMAN

13 Aprel 2024 16:17

Oxunma sayi: 299
AFFA-nın yeni rəhbərliyindən MİLLİ QƏRARLAR -  3 ay müddətinə…

AFFA aşağı yaş qrupları üzrə yığmaların baş məşqçiləri və onların köməkçiləri ilə bağlı yeni qərar verib.

Federasiyanın yeni rəhbərliyi onlarla müqavilənin müddətini 3 ay uzadıb.

Azmedia.Az sportinfo.az-a istinadən xəbər verir ki, söhbət U-15, U-16, U-17 və U-19 komandalarını çalışdıran mütəxəssislərdən gedir.

Onlar mayın sonunadək görəv başında qalacaqlar. Həmin ay AFFA-nın İcraiyyə Komitəsi bir araya gələcək və millilərlə əlaqəli yekun qərar veriləcək.

Sözügedən yığmalarda işləyən məşqçilərin kontraktı ötən ilin oktyabrında başa çatıb. Sonrakı aylarda sözləşmə 2 dəfə yenilənib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!