Ağdama düşmən hücumu: 56 yaşlı kişi yaralandı RƏSMİ

SİYASƏT

14 Oktyabr 2020 13:24

Oxunma sayi: 804
Ağdama düşmən hücumu:     56 yaşlı kişi yaralandı   RƏSMİ

Bu gün səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və  ağır artilleriyadan atəşə tutulub.

 

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, saat 12 radələrində Ağdam rayonu, Çəmənli kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1964-cü il təvəllüdlü Soltanov Saleh Eldar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, yaşayış evinə isə ciddi ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!