Ağkənd Azərbaycanın nəzarətinə keçdi VİDEO

SİYASƏT

18 Dekabr 2020 22:45

Oxunma sayi: 1011
Ağkənd Azərbaycanın nəzarətinə keçdi   VİDEO

İşğaldan sonra Qafana birləşdirilən Zəngilanın Ağkənd kəndi Azərbaycanın nəzarətinə keçib.


Azmedia.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Armeniya”da yazılıb:


“Əvvəllər Azərbaycan SSR-in tərkibində olmuş Ağkənd (Spitakaşen) kəndi birbaşa sərhədin o tərəfində qalıb. Hazırda ekskavator ərazidə sərhəd xətti çəkir”.

Ümumilikdə kənddə 3-4 ailə yaşayıb. Onlar isə sərhədlərin demarkasiyası və delimitasiyası prosesində Azərbaycanın nəzarəti altına keçən Ağkəndi tərk etməyə başlayıblar.

Qeyd edək ki, ermənilər Qafan şəhərinin 2 kilometrliyində yerləşən kəndi tərk edərkən evləri yandırırlar.

Xatırladaq ki, Ağkənd Sovet dövründə Zəngilan bölgəsinin bir hissəsi olub.

 
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!