Almaniya 100 ə yaxın rusiyalı diplomatı ölkədən çıxarır

SİYASƏT

04 Aprel 2022 17:05

Oxunma sayi: 406
Almaniya 100   ə yaxın rusiyalı diplomatı ölkədən çıxarır

Almaniya hakimiyyəti rus kəşfiyyatına işləyə biləcəyi iddia edilən Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarını ölkədən çıxarmaq niyyətindədir.

Azmedia.Az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.

Nəşrin məlumatına görə, kansler Olaf Şolts hələlik məsələni araşdırmaq tapşırığı verib:

“Söhbət çoxlu sayda rus diplomatından gedir. 100-ə yaxın diplomat Almaniyadan çıxarıla bilər”.

Qeyd edək ki, bir müddət öncə “Bild” Almaniyada Rusiya kəşfiyyatına işləyən 2 mindən çox şəxsin olduğunu yazmışdı.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!