Almaniya Azərbaycanla Ermənistana çağırış etdi

SİYASƏT

10 Noyabr 2021 13:25

Oxunma sayi: 240
Almaniya Azərbaycanla Ermənistana çağırış etdi

Almaniya Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri Matias Lüttenberq Azərbaycan və Ermənistana çağırış edib.

Azmedia.Az xəbər verir ki, bu barədə alman diplomat öz rəsmi tviter hesabında yazıb.

“2020-ci il 9 noyabr bəyanatından bir il sonra biz Azərbaycan və Ermənistanı atəşkəsə tam olaraq riayət etməyə və hər iki ölkə xalqlarının maraqlarına uyğun olaraq münaqişənin davamlı həlli üçün səylərini gücləndirməyə çağırırıq”, - deyə paylaşımda qeyd olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!