Almaniya diplomatların Kiyevə qaytarılması planlarını şərh edib

SİYASƏT

26 Aprel 2022 00:21

Oxunma sayi: 374
Almaniya diplomatların Kiyevə qaytarılması planlarını şərh edib

Almaniya Xarici İşlər Nazirliyindən bildirilib ki, Ukraynadakı vəziyyət daim nəzarətdə saxlanılır və artıq diplomatların Kiyevə qaytarılması imkanları nəzərdən keçirilir.

Bu planlar barədə Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrea Zasse açıqlama verib.

“Deyə bilərəm ki, biz vəziyyəti daim izləyirik, aktual qiymətləndirmə aparırıq, o cümlədən diplomatik şəkildə necə və nə vaxt yerində təmsil oluna biləcəyimiz məsələsi ilə bağlı da araşdırmalar aparırıq”, – deyə diplomat vurğulayıb.

Bundan əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirmişdi ki, Birləşmiş Ştatlar da Kiyevdəki diplomatik missiyanın işini bərpa etmək imkanlarını nəzərdən keçirir, ancaq bu yalnız təhlükəsizlik şərtləri imkan verdikdə mümkün ola bilər. Fransa və İtaliya səfirlikləri isə artıq Ukrayna paytaxtında öz işlərini bərpa ediblər.

Mənbə: Lenta.ru

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!