Altı partiya YAP a qoşuldu

SİYASƏT

05 Mart 2021 15:00

Oxunma sayi: 653
Altı partiya YAP   a qoşuldu

Azərbaycanda 6 partiya Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.

Azmedia.Az "Report"a istinadən xəbər verir ki, bu barədə YAP-ın bu gün keçirilən VII qurultayında qərar qəbul edilib.

YAP-a qoşulan partiyalar aşağıdakılardır:

1. Azərbaycan Xalq Demokratik Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədri Rafiq Turabxandır)

2. Azərbaycan Kəndli Partiyası (1992-ci ildə qeydiyyata alınıb)

3. Milli Qurtuluş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədri Vüqar Orucdur)

4. Azərbaycan Yurddaş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədr Gülarə Səfərova)

5. Azərbaycan Milli Hərəkat Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Samir Səfərovdur)

6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Qasım Qasımovdur)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!