“Altılıq” formatının Moskva görüşündə Azərbaycanı Xələf Xələfov təmsil edəcək

SİYASƏT

09 Dekabr 2021 15:10

Oxunma sayi: 344
“Altılıq” formatının Moskva görüşündə Azərbaycanı Xələf Xələfov təmsil edəcək

Moskvada “3+3” (altılıq) formatında regional əməkdaşlıq platformasının ilk iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Azmedia.Az xəbər verir ki, bunu trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Qeyd edək ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “3+3” formatında regional əməkdaşlıq platformasının ilk iclası 2021-ci il dekabrın 10-da Moskvada keçiriləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!