Araik Arutyunyan əli qandanlı Bakıya gətiriləcək? RƏSMİ

SİYASƏT

15 Fevral 2022 11:55

Oxunma sayi: 381
Araik Arutyunyan əli qandanlı Bakıya gətiriləcək?   RƏSMİ

"Özünü qondurma respublikasının rəhbəri kimi təqdim edən Arayik Arutyuyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin ediləcək".

 

Azmedia.Az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib.

"İstintaq hərəkətləri davam edir. Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qrurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək.", - N.Əvəzov vurğulayıb.

N.Əvəzov bildirib ki, Vətən Müharibəsi zamanı Gəncə şəhərinə 4 dəfə terror hücumu olub. Özünü qondarma qurumun prezidenti kimi təqdim edən Araik Arutunyan özünün sosial şəbəkə hesabında bunu öz üzərinə götürüb.

Buna görə də onunla bağlı Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə cinayət işi başlanılaraq axtarışa verilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!