Araz Əlizadə: “Hər kəs Ali Baş Komandanın verəcəyi əmri səbirsizliklə gözləyir”

SİYASƏT

16 İyul 2020 14:42

Oxunma sayi: 691
Araz Əlizadə:     “Hər kəs Ali Baş Komandanın verəcəyi əmri səbirsizliklə gözləyir”

“Ağıllı insan hər zaman öz səhvlərindən nəticə çıxarır. Amma ermənilər 2016-cı ilin Aprel döyüşlərindən sonra belə öz səhvlərindən nəticə çıxarmadılar”.

 

Bu barədə  Azmedia.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə ermənilərin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törətdikəri növbəti təxribat cəhdlərinə münasibət bildirərkən deyib.

 

O bildirib ki, hər dəfə atəşkəs rejimini pozduqları üçün layiqli cavab alırlar:

“Azərbaycan ordusunun ermənilərə verdiyi cavab onların burunlarını necə lazımdı ovur. Sonra da aləmə car çəkirlər ki, “qoymayın, bizi qırdılar”. Məsələ ondadır ki, Azərbaycan ordusuna qalib gəlmək mümkün deyil. Bizim güclü ordumuz, peşəkar hərbçilərimiz var. Azərbaycan ordusunda generllalr da, əsgərlər də bir nəfər kimi Vətənə xidmət edirlər.

 

Generallarımızın əsgərlərlə çiyin-çiyinə vuruşduğunu elə ötən günlərdə aldığımız şəhid xəbərləri də təsdiq etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mümkün deyil ki, Azərbaycan ordusunda əsgər vuruşsun, general isə çətin zamanda kənarda qalsın. Bugünkü Azərbaycan ordusu əvvəlki zamanlardan qat-qat güclüdür. Bizim igid əsgərlərimiz heç zaman imkan verməz ki, vətənin bir qarış torpağı itirilsin. Azərbaycan ordusu bu gün Qarabağı azad edə biləcək potensiala malikdir. Bunu ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, həm xalq, həm ordumuzun igid əsgər və zabitləri istəyir. Hər kəs Ali Baş Komandanın verəcəyi əmri səbirsizliklə gözləyir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!