“Artıq vaxtdır, torpaqlarımızı azad etməyə gedirik“ deyib döyüşə yollanmışdı Şəhid Zabil Ağayevin döyüş yolu

SİYASƏT

22 Dekabr 2020 11:41

Oxunma sayi: 844
“Artıq vaxtdır, torpaqlarımızı azad etməyə gedirik“ deyib döyüşə yollanmışdı   Şəhid Zabil Ağayevin döyüş yolu

44 günlük Vətən müharibəsi zamanı adını qızıl hərflərlə tarixə yazdıran hərbçilərimizdən biri də qəhrəman şəhidimiz Zabil Ağayev olub.

 

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, Zabil Ağayev 1994-cü ildə Saatlı rayonunun Məmmədabad kəndində dünyaya gəlib.

O, hərbi xidməti bitirdikdən sonra hər zaman anasına, "ana, tələsmə bir gün gələcək, o düşmənlərdən Xocalının qisasını alacağıq" deyirdi.

Elə məhz bu qisas hissi ilə Vətən müharibəsinə qatılıb. Cəbhəyə yollanan zaman valideynlərinə sevinərək "artıq vaxtdır, torpaqlarımızı azad etməyə gedirik" deyib.

Zabil Ağayev Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətlərində gedən döyüşlərdə aktiv iştirak edərək düşmənin xeyli sayda canlı qüvəsini və texnikasını məhv edib. Sonuncu dəfə noyabr ayının 4-də Şuşa istiqamətində gedən döyüşlərə qatılaraq şəhadətə yüksəlib.

Şəhidimizin anası Mahirə Ağayeva oğlu Zabilin göstərdiyi igidliyi ilə qürur duyduğunu deyir.

Zabil Ağayevin qardaşı Qabil Ağayev isə dayağını, ona yaxın olan bir sirdaşını itirdiyini bildirir.

Bu gün kəndlərimizdə, qəsəbələrimizdə Zabil kimi minlərlə qəhrəmanlıq göstərmiş igidərimizdən fəxarətlə danışılır. Ruhunuz qarşısında baş əyirik!

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!