ATƏT in Minsk Qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri ilə görüşüblər

SİYASƏT

14 Dekabr 2020 16:17

Oxunma sayi: 1502
ATƏT   in Minsk Qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri ilə görüşüblər

İrəvanda Ermənistan Xarici İşlər naziri Ara Ayvazyanın ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri, Rusiya səfirliyinin müvəqqəti işlər vəkili və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşü başlayıb.

 

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin “Facebook” səhifəsində bildirilib.

Xatırladaq ki, vasitəçilər Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) Dağlıq Qarabağa dair məsləhətləşmələr üçün regional səfər çərçivəsində İrəvandadırlar.

Bir neçə gün əvvəl isə onlar Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşüblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!