ATƏT PA: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” qeyri legitim idi

SİYASƏT

09 Aprel 2020 17:51

Oxunma sayi: 380
ATƏT PA: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” qeyri   legitim idi

İşğal olunmuş və beynəlxalq səviyyədə tanınmayan Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər" qeyri-legitim idi və əhalinin sağlamlığına təhdidi gücləndirə bilərdi.

 

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının qurum üzvləri bildirib.

 

ATƏT PA-nın prezidenti Georgi Sereteli qeyd edib ki, qurumun rəhbərliyi BMT-nin baş katibi Antoniu Quterreşin bütün dünyada atəşkəs çağırışını dəstəkləməyə razılıq verib.

 

O vurğulayıb ki, ölkələr koronavirus pandemiyasının qarşısını almağa çalışdığı vaxtda ATƏT regionunda hələ də münaqişələr tüğyan edir:

 

"Bütün dünya COVID-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda silahlı münaqişələr bu səyləri çətinləşdirə bilər. ATƏT ərazisində bir sıra münaqişələr var. Mən bütün tərəfləri BMT-nin atəşkəs çağırışına əməl etməyə çağırıram ki, hamımız COVID-19-a qarşı ümumi mübarizədə səylərimizi birləşdirə bilək".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!